waplog

Rabitəçi boksçular London Olimpiya Oyunlarına lisenziya əldə edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkəmizdə İKT-nin inkişaf etdirilməsi və müasir tələblərə uyğunlaşdırılması ilə  yanaşı, idman sahəsinə də xüsusi diqqət göstərilir. Bu diqqətin nəticəsidir ki, rabitəçi idmançılar bir sıra beynəlxalq idman tədbirlərində respublikanı layiqincə təmsil edir və idmanın müxtəlif sahələrində uğurlar əldə edirlər.

İdmançılarımızın iştirak etdiyi növbəti tədbir cari il aprel ayının 12-dən 21-nə qədər Türkiyənin Trabzon şəhərində London Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq boks turniri olub. Turnirdə Respublika yığmasının tərkibində "Rabitə" İdman Klubunun 3 boksçusu iştirak edib.

81 kq çəki dərəcəsində Vətən Hüseynli II yeri tutaraq gümüş medala layiq görülüb və London Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da London Olimpiya Oyunlarında iştirak edəcək klub boksçularının sayı 3-ə çatıb.

Beləliklə, "Rabitəçi" İK-nın idmançılarından  91 kq çəki dərəcəsində Teymur Məmmədov, 81 kq çəki dərəcəsində Vətən Hüseynli və 64 kq çəki dərəcəsində Heybətulla Hacıəliyev ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək.

CAHANGİR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL