waplog

«Eurovision» biletlərini Kapital Bankın pos-terminalları vasitəsilə almaq mümkündür


Məlum olduğu kimi, gələn ay Bakıda keçiriləcək «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinə biletlərin kassa satışına aprelin 23-dən start verilib.Biletləri Kapital Bankın pos-terminalları vasitəsilə də almaq olar. Bankın məlumatına görə, müştərilərin rahatlığını düşünərək, bilet satışının həyata keçirildiyi 6 kassanın hər birində pos-terminallar quraşdırılıb.

Azərbaycandakı istənilən bankın ödəniş kartına sahib olan müştərilər Heydər Əliyev Sarayının, Akademik Opera və Balet Teatrının, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassalarında və “Kontinental” supermarketinin qarşısında,  “Azərbaycan” kinoteatrının yaxınlığında, həmçinin “Hökumət evi”nin arxasında yerləşən satış köşklərində quraşdırılan pos-terminallar vasitəsilə bilet əldə edə bilərlər.Qeyd edək ki, Kapital Bank  «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin sponsorlarından biridir. 



CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL