waplog

45 gün fasiləsiz işləyən telefon


“Explay” şirkəti böyük tutumlu akkumulyatora malik mobil telefon təqdim edib. “Explay Power” modeli gözləmə rejimində 45 gün müddətində enerji tələb etmədən işləyə bilər.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, telefon 240 x 320 nöqtə təsvir ölçülü 2,6 düymlü rəngli ekrana malikdir. Eyni zamanda iki “SIM” kartdan istifadə etmək mümkündür.

Telefonun funksiyaları arasında mediapleyerin mövcudluğunu da qeyd etmək lazımdır və o, audio və videofaylların bütün məşhur formatlarını oxudur. Telefonun arxa qapağında 1 meqapikselli kamera var.
 
“FM” radionun mövcudluğu isə funksionalı tamamlayır. Standart 3,5 ölçülü konnektor sayəsində mobil telefona istənilən qulaqcıqları qoşmaq mümkündür. Telefonun çəkisi 105 qram təşkil edir.
Aparat satışa 2012-ci ilin mayında çıxarılacaq. Qiyməti haqqında hələ ki məlumat verilməyib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL