waplog

Yeni robot saçınızı yuyacaq (VİDEO)


"Panasonic" şirkəti bərbərxana və gözəllik salonları üçün nəzərdə tutulmuş yeni robotu sınaqdan keçirir. Yeni robotun vəzifəsi həm sadə, həm də mürəkkəbdir: robot insanın başını yuyur. Hazırda yeni robot "Super Hair Seo" adlı bərbərxanada sınaqdan keçirilir.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, insan saçını yuyan robot ilk dəfə hələ 1.5 il əvvəl təqdim edilmişdi. Robotun 2010-cu ilin sentyabrında təqdim edilmiş ilk versiyası 16 "barmaq"la təchiz edilmişdi, hazırkı versiya isə 24 "barmaq"la təchiz edilib. Nəticədə robotun "barmaq"ları insanın bütün başını əhatə edir, onu isladır və sulu saça bir qədər şampun çiləyir.

Robotun iş rejimi sadədir: insan yalnız xüsusi kresloya oturmalı, başı arxaya verməlidir və qalanını robot edəcək.




 


EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL