waplog

Azərbaycanın mobil rabitə operatoru mobil TV-ni işə salmağa hazırlaşır


Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC-nin şəbəkəsində mobil televiziya xidməti yaxın aylarda kommersiya istismarına buraxılacaq. Bu barədə "B&BTV Communications" şirkətinin marketinq şöbəsinin meneceri Samir Mahmudov bildirib.

S.Mahmudovun sözlərinə görə, mobil şəbəkə üzrə yayımlanacaq kanalların siyahısı "Azerfon" şirkətinə təqdim edilib. Kontent əsasən kommersiya televiziya kanallarından ibarət olacaq.

Qeyd edilən dövr ərzində mobil TV xidmətlərinin işə salınması faktını "Azerfon" şirkətində də təsdiqləyiblər.
Mahmudovun sözlərinə görə, mobil televiziya xidmətlərinin işə salınması ilə bağlı müqavilə yaxın vaxtlarda şirkətlərlə imzalanacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL