waplog

Poçtun plastik kartlarına maraq artacaq


“Azərpoçt” MMC tərəfindən 1800-dən çox lokal tipli əməkhaqqı kartı emissiya edilərək əməkdaşlara təqdim edilib. Müəssisənin plastik kartlar şöbəsindən verilən məlumata görə, əməkhaqlarının ödənilməsi məqsədi ilə 400-dən çox “MasterCard” brendli beynəlxalq plastik kartlar Hərbləşdirilmiş Mühafizə İdarəsinin işçi heyətinə təqdim olunub.

İlk mərhələdə plastik kartlar vasitəsilə aylıq əməkhaqlarının ödənilməsi, ikinci mərhələdə əhalinin sosial müavinətlərinin verilməsi planlaşdırılır.

“Azərpoçt” MMC müştərilərinin Beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə “Visa İnternational” Beynəlxalq ödəniş sisteminin Moskva nümayəndəliyi ilə danışıqlar davam etdirilir və yaxın günlərdə qoşulma prosesinin başlanması nəzərdə tutulub.

Müştəri məmnunluğunun təmin edilməsi məqsədi ilə Bakı şəhərində 1, 2, 3, 4, 5, 6 saylı PF-yə, PDM və RİTN-in inzibati binasına “Azərpoçt” MMC-yə məxsus olan  ATM-lər, 1 saylı PF və Lerik rayonu Çayrud kəndində POS-terminal quraşdırılıb.
 
RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL