waplog

“Nar Mobile” “4G” xidmətlərini göstərməyə hazırdır


“Nar Mobile” “Eurovision 2012” müsabiqəsi ərəfəsində “4G” xidmətlərini göstərməyə hazırdır.
 “Azerfon” şirkətindən verilən məlumata görə, mobil operator artıq yaxınlarda “4G LTE” mobil rabitə xidmətini göstərə bilər.

“Nar Mobile” bir müddət öncə tam olaraq öz şəbəkəsini modernizə etdikdən sonra dördüncü nəsil rabitəsiz mobil “4G LTE” xidmətlərini göstərməyə hazır olacağını elan edib, artıq bu gün isə şirkət “4G” xidmətlərini göstərməyə hazırdır, - deyə şirkətdən bildirilib.

Əlavə olaraq məlumatda qeyd olunub ki, “Yeni xidmət istifadəçilərə ən son mobil rabitə texnologiyalarından istifadə etməyə imkan verəcək. Hazırda xidmətin işə salınması yönündə Rabitə İnformasiya və Texnologiyalar Nazirliyi ilə danışıqlar gedir”.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL