waplog

ABŞ orbitə hərbi təyinatlı yeni rabitə peyki buraxıb


ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) Kanaveral burnundan kosmosa "AEHF 2" adlı yeni nəsil rabitə peyki buraxıb. Peyk Amerika komandanlığının silahlı qüvvələri idarə etməsi üzrə imkanlarının yaxşılaşması üçün nəzərdə tutulub. Bu barədə "Space.com" informasiya portalı məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, peyk orbitə "Atlas 5" adlı raket-daşıyıcı vasitəsilə buraxılıb.

O, Yer kürəsindən 35 kilometr məsafədə yerləşən orbitə təxminən 3 ay ərzində çatacaq.
"Lockheed Martin" şirkəti tərəfindən yaradılmış "AEHF 2" (Advanced Extremely High Frequency 2) peykinin qiyməti 1,7 milyard dollar, çəkisi isə təxminən 7 ton təşkil edir.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL