waplog

"iPad 2" planşetlərinin yeni partiyası daha çox avtonom işləyə bilir


16 Qiqabayt daxili yaddaşa malik yenilənmiş "iPad 2" planşetində başqa prosessor istifadə olunduğundan qurğu daha uzun müddət avtonom işləyə bilir.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, yenilənmiş "iPad 2" planşetində "Samsung" şirkəti tərəfindən 32 nanometr texnoloji proses üzrə hazırlanmış "Apple A5" prosessoru istifadə olunur. Məlumat üçün bildirim ki, qurğunun orijinal versiyasında 45 nanometr texnoloji proses üzrə hazırlanmış çip istifadə olunmuşdu.

Planşetin yenilənmiş modeli yeni prosessor sayəsində uzun müddət avtonom işləyə bilir. "AnandTech" saytı qeyd edib ki, mağazalarda "iPad 2" planşetinin həm yeni, həm də köhnə versiyaları var. Bu halda qutunu açmadan qurğunun dəqiq versiyasını təyin etmək mümkün deyil.

EMIL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL