waplog

Hibrid generatorlar enerjiyə 93 faiz daha qənaətcildirlər


ABŞ ordusu Əfqanıstanda qoşunların enerji təchizatı ilə bağlı əsas problemlərini həll edə biləcək orijinal hibrid elektrogeneratorlarını sınaqdan keçirir. Yeni generatorun ixtiraçısı keçmiş dəniz piyadaçısı, Kembric Universitetinin məzunu Daq Murxeddir.

O, hibrid generator hazırlaması və istehsalı üzrə "Earl Energy" şirkətini yaratmaq üçün Massaçusets Texnologiya İnstitutu və Harvard Universitetində çalışan mütəxəssislərin ən yeni texnologiya hazırlamalarını toplayıb. Qurğu günəş panelləri, dizel-generator və litium-ion akkumulyatorundan ibarətdir. Dizel-generatorlar İraq, Əfqanıstan və bir çox digər yerlərdə gecə-gündüz işləyir, çünki qoşunlar fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmalıdırlar.

Bu, son dərəcə effektsizdir, çünki enerji istehlakından istifadə günün müxtəlif saatlarında dəfələrə fərqlənir və dizel-generatorlar vaxtın çox hissəsini yanacağı boş yerə yandırırlar. Hibrid generator litium-ion batareya ilə təchiz edilib və yalnız enerji ilə doldurulmaq üçün və ya pik saatlarda qoşulur.

Beləliklə, yeni generator gün ərzində yalnız 4-5 saat maksimal məhsuldarlıqla işləyir, qalan vaxtda isə akkumulyatorun enerjisindən istifadə edir. Həmçinin 10 kilovattlıq günəş panelini qoşmaq mümkündür. ABŞ-ın dəniz piyada qoşununun korpusu yeni 18 kilovattlıq hibrid generatorunu artıq Moxave səhrasında sınaqdan keçirib. Generator yanacaq istehlakını 93 faiz azaltmağa imkan verib. Hazırda bir neçə hibrid generator Əfqanıstanda sınaqdan keçirilir.

Yeni generatorun qiyməti 20 min dollardır.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL