waplog

Stiv Ballmer bacarıqsız rəhbər elan edilib


“Forbes” jurnalının versiyasına görə, “Microsoft” korporasiyasının hazırkı direktoru Stiv Ballmer Amerika korporasiyalarında çalışan bütün icraçı direktorlar arasında ən bacarıqsız rəhbərdir. Reytinqi hazırlayanlar qeyd ediblər ki, Ballmer yalnız “Microsoft” korporasiyasının inkişafını deyil, həm də “Dell”, “Hewlett-Packard” və “Nokia” kimi şirkətlər tərəfindən dəstəklənən bütün ekosistemin inkişafını ləngidir.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası 20 il əvvəl olduğu kimi, hazırda da ilk növbədə kompyuter şirkətidir. “Forbes”dən əmindirlər ki, Stiv Ballmer innovasiyalarla ayaqlaşa bilmir.

“Microsoft”un direktoru səhmdarların pulu və iş yerləri ilə çox  risk edir. Jurnal Stiv Ballmera istefa verməyi tövsiyə edib.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL