waplog

Planşet bazarında satışların həcmi 85 faiz artacaq


“iSuppli” şirkəti planşet kompyuterləri bazarı üzrə proqnoz verib.“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, 2010-cu ildə 19,4 milyon planşet satılıb.

2011-ci ildə planşet bazarının həcmi 68,4 milyona bərabər olub; beləliklə, artım 253 faiz təşkil edib. 2012-ci ildə satış həcminin 85 faiz artaraq 126,6 milyon ədəd təşkil edəcəyi gözlənilir. 2013-cü ildə isə tədarüklər 200 milyonu ötəcək. Analitiklərin fikrincə, 2016-cı ilədək 360 milyon planşet satılacaq.

“iSuppli” şirkətinin proqnozuna görə, planşet kompyuterləri seqmentində yaxın vaxtlarda “iOS” proqram platforması lider olaraq qalacaq.

2011-ci ilin son rübü ərzində “Android” mobil əməliyyat sisteminin payı 31 faizdən 41 faizə qədər artıb. Cari ilin nəticəsinə görə, bu əməliyyat sistemi planşet bazarının təxminən 38 faizinə nəzarət edəcək.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL