waplog

Azərbaycanda "Paypoint" terminalları vasitəsilə kredit ödənişi xidmətinin əhatəsi genişlənib


"Komtec" şirkəti "Paypoint" özünəxidmət terminalları vasitəsilə kredit ödənişi xidmətinin təşkili məqsədilə altı bankla müqavilə bağlayıb. Bu barədə "Komtec" şirkətinin kommersiya direktoru Fərid İsmayılzadə bildirib.

Yaxın vaxtlarda sakinlər "Paypoint" vasitəsilə "Turanbank", "AGBank", "Unibank", "Express Bank", "Bank Respublika" və "Azərbaycan Sənaye Bank"ından aldıqları kreditləri ödəmək imkanı əldə edəcəklər.
Hazırda "Paypoint" terminalı vasitəsilə "DəmirBank"ın kreditlərini ödəmək mümkündür.

Terminal vasitəsilə kreditlərin ödənilməsi üçün ekranda "Bank xidmətləri" düyməsini seçmək, abunəçi kodunu (kreditin ödənişi üçün cari hesab nömrəsini) daxil etmək, təsdiqləmək, pulları qəbulediciyə daxil etmək, qəbzi götürmək və saxlamaq lazımdır. Kreditlərin ödənilməsi üzrə müştəridən heç bir komissiya tutulmur.

Saat 17:00-dan sonra və qeyri-iş günləri olan ödənişlər növbəti iş günü hesabınıza köçürülür. Terminal yalnız manat qəbul edir, ABŞ dolları ilə olan kredit üzrə valyuta kurslarını nəzərə alaraq manatla ödəniş etmək olar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL