waplog

İnternet olmasa, insanlar intihar etməyə belə hazırdırlar


Amerika alimləri ölkə ərazisində internetə çıxış imkanının birdəfəlik kəsilməsi halında insanların buna necə reaksiya verməsi ilə maraqlanıblar.

“İCTnews.az” elektron xəbər xidməti “ru.tsn.ua” saytına istinadən  bildirir ki, sorğuda iştirak edənlərin 67 faizi bildirib ki, ölkədə internet olmasa, onlar internetə çıxış imkanına malik ölkəyə köçərdilər.
14 faiz bildirib ki, onlar ehtimal ki, müəyyən müddət depressiyaya düşərdilər.

11 faiz qeyd edib ki, internetə çıxış imkanının olmamasına sadəcə sevinərdilər, çünki internetdən asılı olduqlarını başa düşürlər. Nəticədə digər işlərlə məşğul olmaq üçün həm vaxt az qalır, həm də yaxınlar şikayətlənir.

6 faiz bildirib ki, onlar üçün interneti kompyuter oyunları əvəz edərdi.Nəhayət, sorğuda iştirak edənlərin təxminən 2 faizi qeyd edib ki, onlar intihar edərdilər, çünki həyatlarında baş verən bütün mühüm hadisələr məhz internetlə bağlıdır.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL