waplog

Bulvarda GSM tipli taksofonlar qurulub


“Bakıda Dənizkənarı Bulvarda paytaxt sakinlərinin və qonaqların istirahət etməsi üçün hər cür şərait var. Burada lazımi bütün infrastrukturlarla yanaşı, rabitə və internet sistemi də qurulub”,- bu sözləri “İCTnews” elektron xəbər xidmətinə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, bulvar ərazisində insanların rahatçılığı üçün müəyyən ərazilərdə GSM tipli müasir taksofonlar qurulub.

Taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən istifadəsində heç bir problem yoxdur. N.Məcidov daha sonra bildirdi ki, bulvar ərazisinin əlavə olaraq genişləndirilən hissəsində də rabitə xidmətləri təmin olunub.

O, daha sonra əlavə etdi ki, “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədar bulvarda istirahət edən xarici qonaqların rahatlığının təmin edilməsi məqsədilə simsiz internet şəbəkəsi də onların ixtiyarındadır.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL