waplog

Lotereya oyunlarında ən yeni texnologiya


 "Azərlotereya" ASC tərəfindən müasir lotereya texnologiyalarının, lotereya biletlərinin verilməsi üzrə avtomatlaşdırılmış maşınların, etibarlılığın və dizaynın yüksək tələblərinə cavab verən müasir lototronların tətbiqinə daima xüsusi önəm verilir. Bu barədə açıqlamanı "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev verib.

Onun sözlərinə görə, lotereya oyunlarının televiziya vasitəsilə keçirilən tirajlarını müasir texnologiyalardan istifadə etməklə yüksək səviyyədə və şəffaf təşkil etmək üçün ABŞ-ın "Smartplay" şirkətindən "Custom Criterion II" və Fransanın "Editek" şirkətindən müasir "Topaz" lototronları alınıb. Eyni zamanda, texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminə keçilməsi üçün xüsusi proqram təminatı hazırlanıb və hazırda tətbiq olunur.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL