waplog

“Apple” və “Samsung” rəhbərlikləri danışıqlara başlayır


“Apple” və “Samsung” direktorları bu gün San-Fransiskoda (ABŞ) yerləşən federal məhkəmədə mobil qurğular sahəsində patentlərin pozulmasıyla bağlı iş üzrə görüşəcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, şirkətlər arasında uzun müddətdir ki davam edən məhkəmə araşdırması 10 ölkədə aparılır. “Apple” korporasiyası Cənubi Koreya istehsalçısını əvvəlcə “iPad” və “iPhone”-nun dizayn elementləri, istifadəçi interfeysi və qablaşdırılmasının köçürülməsində ittiham etdi.

"Samsung" şirkəti isə buna cavab olaraq “Apple”-ı məlumatların simsiz ötürülməsinə,  enerji istehlakının azaldılması vasitələri və səhvlərin düzəldilməsinə aid olan patentlərin pozulmasında ittiham etdi.

Bu gün məhkəmədə görüşəcək “Apple”-ın baş direktoru Tim Kuk (Tim Cook) və “Samsung” şirkətinin rəhbəri Çoy Qi-sunqun (Choi Gee-sung) şirkətlər arasındakı patent mübahisəsini sülh yolu ilə həll etməyə çalışacaqları istisna deyil. Şirkətlər arasındakı mübahisəyə baxmayaraq, Cənubi Koreya istehsalçısı “Apple” korporasiyasının mobil qurğuları üçün komponentlərin əsas tədarükçülərindan biri olaraq qalır.
 
 EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL