waplog

Məcburi köçkünlər üçün kompyuter kursları təşkil olunub


Gənclər və İdman Nazirliyi cari il, 23 aprel  tarixindən başlayaraq məcburi köçkün, sağlamlıq imkanları məhdud olan və internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün kompyuter kursları təşkil edib.

Kursların təşkil olunmasında məqsəd bu kateqoriyalardan olan gənclərə kompyuter biliklərinin öyrədilməsi və bunun vasitəsilə gələcəkdə onlara iş tapmalarında köməklik edilməsidir.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Kurslar Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin Masazır qəsəbəsində yerləşən məktəbində, Türkan qəsəbəsində yerləşən 6 nömrəli Xüsusi internat məktəbində, Sumqayıt şəhər G.Əsədov adına İnternat məktəbində və digər yerlərdə sağlamlıq imkanları məhdud gənclər üçün keçirilir. Kurslar 1 iyun tarixinədək davam edəcək. 

Kursları başa vurmuş gənclərə sertifikatların verilməsi və növbəti mərhələnin başlanılması münasibətilə bu gün saat 15:45-də Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində tədbir keçiriləcək. 

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL