waplog

Dövlət Universitetinin “semestr qiymətləri” elektron bazası istifadəyə verilib


Sumqayıt Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyalarının  (İKT) verdiyi imkanlardan müxtəlif istiqamətlər üzrə geniş şəkildə istifadə olunur. Belə ki, tələbələrin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, valideynlərin tələbənin semestrlər üzrə qiymətlərinə nəzarət edə bilməsi üçün  universitetin internet səhifəsində(http://www.sdu.az/) “semestr qiymətləri” elektron bazası yaradılaraq hər bir tələbənin fənlər üzrə topladığı ballar və yekun attestasiyanın nəticəsi yerləşdirilib. 

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin məlumatında deyilir.
 Səhifəyə baxış internet üzərindən həm kompyuter, həm də mobil telefonlar vasitəsilə həyata keçirilə bilər.

Bununla yanaşı, saytda “dərs cədvəlləri” bölməsi yaradılıb. Bu bölmə vasitəsilə istifadəçilər bütün fakültələrin qrupları (fakültənin adını və qrupun nömrəsini daxil etməklə) üzrə elektron dərs cədvəlləri ilə tanış olmaq imkanından faydalana bilərlər.
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL