waplog

TQDK buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını rəsmi saytında yerləşdirib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin əmrinə əsasən, 2011/12-ci dərs ilində tam və ümumi orta təhsil səviyyələri üzrə səhhətləri ilə bağlı buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını rəsmi saytında yerləşdirib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki,  respublika üzrə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarına cəlb olunmayan ümumtəhsil müəssisələrinin siyahısı da sayta qoyulub. Rəsmi saytda yeni yerləşdirilən digər məlumatlar isə nailiyyətlərə görə  buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısıdır.




 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL