waplog

Buraxılış imtahanlarına mobil telefonla girmək istəyən 20 şagirdin nəticəsi ləğv edilib


Xəbərdarlıqlara baxmayaraq, ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri  üçün aparılan buraxılış imtahanlarına bəzi şagirdlər mobil telefon, eləcə də digər köməkçi vasitələrlə keçməyə cəhd ediblər və bu cəhdlərin qarşısı alınıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki, ilkin məlumatlara əsasən, iyunun 2-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alanlar üçün keçirilən imtahanlarda müxtəlif binalarda 7 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib. İyunun 3-də də analoji vəziyyət təkrarlanıb.

Belə ki, Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan IX sinif şagirdləri üçün keçirilmiş imtahanda ilkin məlumatlara əsasən, müxtəlif binalarda 13 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.

TQDK-dan qeyd edilib ki, hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
 

HƏQİQƏT 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL