waplog

Qaxda 5 ildə telefon abunəçilərinin ümumi sayı 10.000-ə çatıb


Qaxda CDMA tipli simsiz rabitə şəbəkəsi genişlənib. Bu barədə Qax TKQ-nın rəisi Qazi Omarov məlumat  verib. Onun sözlərinə görə, müasir tələblərə cavab verən bu rabitə sisteminə yay aylarında tələbat daha böyük olur. Rəis bildirib ki, rayonun rabitə şəbəkəsi müasir elektron ATS-lərdən ibarət olmaqla bütün yaşayış məntəqələrini əhatə edir.

O, elektronlaşdırılmayan yaşayış məntəqələrinin isə peyk rabitəsi ilə əhatə olunduğunu qeyd edib. “Kəndlərlə birləşdirici xətlərin optikləşdirilməsi rayonda şəhər və kənd abunəçiləri arasında fərqi tamamilə aradan qaldırıb. Həyata keçirilən tədbirlər nəticəsində son 5 ildə qovşaq üzrə telefon abunəçilərinin ümumi sayı on minə çatıb”.









RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL