waplog

İsveçrə tədqiqatçıları ventilyasiya sisteminə malik zirehli jilet yaradıblar


Son zamanlar müxtəlif tədqiqat qrupları daha tez-tez geyim və tekstil ilə bağlı bu və ya digər yüksəktexnologiyalı hazırlamaların yaradılması haqqında məlumat verirlər.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu gün İsveçrənin materialşünaslıq və texnologiya üzrə ixtisaslaşmış “Empa” institutunun yaratdığı zirehli jileti, hətta isti havada belə uzun müddət gəzdirmək olar, çünki ona ventilyasiya sistemi quraşdırılıb.

İstehsalçılar bildiriblər ki, hazırlama öz əsas vəzifəsini - güllədən  müdafiəni klassik zirehli jilet kimi dəqiq yerinə yetirir, yenilik bundan əlavə, su ilə doldurulmuş xüsusi soyuducu  rezervuarlardan ibarət əlavə qata, həmçinin ventilyasiya sisteminə malikdir. Ventilyasiya sistemi hava axınını zirehli jiletin hər tərəfindən “qovur”.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL