waplog

Ukrayna İKT tədris şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir


Ukraynanın İnvestisiyalar və Milli Layihələrin İdarə edilməsi üzrə Dövlət Agentliyi Ukraynada bir sıra istiqamətlər üzrə investisiya layihələrinin həyata keçirilməsi üçün Azərbaycan şirkətlərinə dəstək göstərməyə hazır olduğunu bildirib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) informasiya yayıb.

Fond bildirir ki, Ukraynanın İnvestisiyalar və Milli Layihələrin İdarə edilməsi üzrə Dövlət Agentliyi Ukraynada Azərbaycan şirkətlərinə sıxılmış təbii qazın qəbulu üçün dəniz terminalının inşası («LNG-terminal»), bərk məişət tullantılarının emalı üzrə komplekslər sisteminin yaradılması («Təmiz şəhər»), Ukrayna əhalisinin keyfiyyətli və təmiz su ilə təchizatı («Keyfiyyətli su»), 4-cü nəsil radio-əlaqə texnologiyaları əsasında milli səviyyədə İKT tədris şəbəkəsinin yaradılması («Açıq dünya»), Herson regionunda yeni beynəlxalq tibbi reabilitasiya şəhərciyinin salınması («InterMedicalEcoCity»), idman-turizm kompleksinin tikintisi («Olimpiada ümidi-2022»), mühəndis-texniki infrastrukturu olan 10 pilot sənaye meydançalarının yaradılması («Ukraynanın sənaye parkları») dəstək göstərməyə hazırdır. Bu səbəbdən də maraqlı təklifləri olan şəxslər sözügedən fonda müraciət edə bilər.





SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL