waplog

Dövlət qulluğu sahəsində statistik hesabatların təqdim edilməsi avtomatlaşdırılıb


Dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi tam avtomatlaşdırılıb. Elektron xidmət dövlət orqanları tərəfindən dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların alınmasını təmin edir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Komissiyadan məlumat verilib.Məlumatda bildirilir ki, eXidmet.csc.gov.az internet ünvanında təqdim olunan elektron xidmət informativ növdədir və ödənişsizdir.

Elektron xidmət bütün istifadəçilər üçün sərbəstdir. İstifadəçi sorğu parametrini daxil etdikdən dərhal sonra icra olunur. Spesifik sorğuların icrası isə maksimum 15 gün ərzində təmin olunur.   Sorğunun icrası nəticəsində dövlət qulluğunun müxtəlif sahələri üzrə məlumat verilir.

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL