waplog

Azərbaycanın prosessinq mərkəzi beynəlxalq kart köçürmələrinin tətbiqinə başlayır


“AzeriCard” prosessinq mərkəzi beynəlxalq kart köçürmələrinin tətbiqinə start verib. Bu xidmət, “VİSA” kartların sahiblərinə  (hazırda yalnız Azərbaycan Beynəlxalq Bankın “VİSA” kart sahibləri üçün)  MDB ölkələrində  yerləşən bankların və Azərbaycanda fəaliyyət göstərən digər prosessinq mərkəzlərində xidmət olunan bankların “VİSA” kartlarına  pul köçürmək imkanını təqdim edir.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə prosessinq mərkəzinin yaydığı məlumatda deyilir.

Bu xidmət vasitəsilə  kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək rahat şəkildə pulu kartdan karta köçürə bilərlər. Növbəti mərhələdə dünyanın digər ölkələrinin banklarının kartlarına köçürmələrin tətbiqi planlaşdırılır.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL