waplog

Dövlət büdcəsinin icrasına dair hesabatlar elektron qaydada aparılacaq


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq.  “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda bildirilir ki, həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması,  elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s. nəzərdə tutulub.

 Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin “www.maliyye.gov.az” rəsmi internet səhifəsinin “Dövlət Xəzinədarlığı Agentliyi” sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.


 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL