waplog

Azərbaycan alimləri Tatarıstanda keçirilən innovasiya layihələrinin müsabiqəsinə dəvət olunurlar


Bu il Tatarıstan Respublikasında "Tatarıstan üçün ən yaxşı 50 innovasiya layihəsi" adlı növbəti VIII respublika müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Milli Elmlər Akademiyasına daxil olmuş məlumata görə, Azərbaycan alimləri də müsabiqədə iştirak etmək üçün dəvət olunurlar. "İCTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan qeyd edilib ki,  müsabiqəyə təqdim olunan layihələr əsasən elmi-texniki, iqtisadi, sosial və humanitar inkişafın problemlərinin həllinə yönəlməlidir. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələrindən məlumat əldə edə bilərlər.

Əlaqə vasitələri: Tatarıstan Elmlər Akademiyası, 420111, Kazan ş., Bauman küç., 20.,

Tel.: (843) 292-52-04, 292-70-91, http://www.antat.ru/,
E-mail: nio_anrt@bk.ru
Əlavə məlumatı AMEA Rəyasət Heyətinin Elmi-təşkilat şöbəsindən almaq olar.
Tel.: 492-65-31
 


HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL