waplog

Gəncədə bütün uşaqlara elektron sağlamlıq kartları verilir


Gəncədə yeni dünyaya göz açan körpələrə doğum şəhadətnaməsi ilə yanaşı, xüsusi sağlamlıq kartlarının verilməsi də uğurla həyata keçirilir .  Gəncə şəhər səhiyyə idarəsinin baş pediatrı Yeganə Həsənovanın sözlərinə görə, elektron kartlarda körpənin dünyaya göz açdığı gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, aldığı müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa digər informasiyalar yer alacaq.

Y.Həsənova kartda olan informasiyaların iki hissəyə bölündüyünü qeyd edərək  bildirib ki, birinci hissədə olan informasiyalar bütün həkimlər üçün açıq olacaq. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisaslaşmış və sadəcə aidiyyəti olan həkimlər üçün oxunması mümkün olan xəstəliklər barədə məlumatlar yerləşdiriləcək (məsələn, SPİD və s.).

Baş pediatr Gəncədə fəaliyyət göstərən bütün xəstəxanalarda müasir kompyuter sisteminin quraşdırıldığını, internet və xüsusi şəbəkə, kommunikasiya xətləri ilə təmin olunduğunu əlavə edib.

“Artıq valideynlərə övladları ilə bərabər xəstəxana və poliklinikalara anketləri daşımağa ehtiyac yoxdur. Onlar özləri ilə sağlamlıq kartını götürməklə özləri haqqında bütün informasiyaları gətirmiş olurlar”, - deyə Həsənova əlavə edib.

Məlumat üçün bildirək ki, sağlamlıq elektron kartları Səhiyyə Nazirliyinin “Elektron Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL