waplog

BTRİB müasir infrastruktur şəbəkə yaradır


Bakıda yolların tamamilə yenidən qurulması istiqamətində işlər aparılır. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yeni yolların çəkilməsi ilə əlaqədar BTRİB-in kabel-kanalizasiya təsərrüfatının da genişləndirilməsinə, yeniləşdirilməsinə, köhnə fiziki kabellərin optik kabellərlə əvəz edilməsinə, yeni daha müasir telefon quyularının tikintisinə başlayıb və bu sahədə xeyli işlər görüb.

Buna paralel olaraq  hazırda Bakı şəhərində industrial mərkəzin daha da genişləndirilməsi, sənaye obyektlərinin paytaxtətrafı ərazilərə köçürülməsi ilə əlaqədar BTRİB qabaqlayıcı tədbirlər həyata keçirib.

Son illər Bakı şəhərində aparılan tikinti işləri, yəni istər hündürmərtəbəli yeni binaların tikintisi, istərsə də  yol çəkilişləri Bakı şəhərinin dünyanın ən böyük şəhərləri sırasında duracağına əsas verir.  Bütün Azərbaycan xalqı kimi BTRİB-in kollektivi də respublikamızda gedən bu yeniləşməyə, inkişafa, yeni yolların çəkilməsinə, yeni göz oxşayan müasir binaların tikilməsinə çox əhəmiyyət verir.

Yeni binaların telefonlaşdırılması, həm də istifadəçiləri yüksək keyfiyyətli yeni telekommunikasiya xidmətləri ilə  təmin etmək məqsədilə ən yeni texnologiyanın-“ONU” tipli abunə multiservis konsentratorlarının tətbiqinə başlanılıb ki, bunun da nəticəsində rabitənin keyfiyyəti, çeşidliyi və etibarlılığı müasir tələblərə uyğun olaraq təmin edilir.

Yeri gəlmişkən, qeyd edək ki, paytaxtın təhlükəsizliyi məqsədilə küçə və meydanlarda quraşdırılan kameraların xətləri BTRİB-in xətt təsərrüfatı qurğularından istifadə etməklə çəkilmişdir. Bundan başqa nəzərə almaq lazımdır ki, mobil rabitə xidməti göstərən operatorlar da xidmətin təşkili üçün BTRİB-in infrastrukturundan fəal şəkildə istifadə edirlər.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL