waplog

Daşkəsənin ucqar dağ kəndlərinin əhalisi multimedia xidmətlərindən istifadə edir


Ucqar dağ rayonlarında rabitə və informasiya texnologiyalarının inkişafı yeni mərhələyə qədəm qoyub. Bunu Daşkəsən rabitəsinin timsalında əyani görmək olar. 6-7 il öncəyə qədər rayonun 24 çətin relyefə malik kəndində rabitə olmayıb. Aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində  Daşkəsən TKQ tərəfindən əlçatmaz kəndlər peyk rabitəsi vasitəsi ilə telefonlaşdırılıb.

Daşkəsəndə əvvəllər 47 kəndin cəmi 20-də rabitə olub. Bu kəndlərin 7-də radiotelefon olmasına baxmayaraq normal istifadə mümkün olmayıb. Hazırda rayonun kəndlərində elektron ATS-lər fəaliyyət göstərir. İlk öncə rayonun mərkəzi elektronlaşdırılsa da, kənd şəbəkəsi bundan nəsibini almayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə rayon qovşağı müxtəlif markalı kabellərlə təchiz olunduqdan sonra  bu problemlər aradan qaldırılmaqdadır.

Əhalinin telefon rabitəsinə olan tələbatının ödənilməsi ilə yanaşı, onların multimedia xidmətlərindən istifadəsinə şərait yaradılması istiqamətində aparılan tədbirlərə uyğun olaraq rayonun Yuxarı Daşkəsən, Xoşbulaq, Quşçu və Bayan kəndlərinin sakinləri telefon rabitəsindən daha çox istifadə edirlər.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL