waplog

Azərbaycanın prosessinq mərkəzi elektron ödəmə sisteminin tətbiqini genişləndirir


“AzeriCard” prosessinq mərkəzi  və “Provayder.az” internet provayderi birgə əməkdaşlığa başlayıb. Belə ki, hazırda “Provayder.az”-ın abunəçiləri “AzeriCard” elektron ödəniş sistemi  vasitəsilə internet  xidmətlərin haqqını onlayn rejimində ödəmək imkanı əldə ediblər.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə prosessinq mərkəzinin məlumatında deyilir.
 Ödəmə “VISA”, “VISA Electron”, “MasterCard” və “Maestro” plastic kartlarından istifadə etməklə “www.provayder.az”, “www.azericard.com” və s. internet saytlarında aparılır.

Sözügedən xidmət internetdə elektron bank kartlarından ən təhlükəsiz istifadə imkanı verən “3D Secure” sistemi əsasında mümkün olub.
 



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL