waplog

Azərbaycanın 13 şəhərinin baş planının elektron versiyası təqdim edilib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə respublika tabeli və rayon mərkəzi olan bir sıra şəhərlərin baş planları hazırlanıb və təsdiq edilib. Bu planlar gələcəkdə müvafiq yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində əsas istinad sənədi olacaq.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.
Onların həyata keçirilməsində dövlətin və ictimaiyyətin maraqlarının əlaqələndirilməsinin vacibliyi nəzərə alınaraq, bu sahədə aşkarlığın və şəffaflığın təmin edilməsi məqsədilə Yevlax, Şəki, Qax, Bərdə, Ağdaş, Ucar, Cəlilabad, Masallı, Qobustan, Şamaxı, Xızı, İsmayıllı və Samux şəhərlərinin baş planlarının elektron versiyası komitənin saytında (www.arxkom.gov.az) təqdim edilib.





CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL