waplog

Yeni elmi-tədqiqat institutu təsis edilib


Humboldt adına Berlin Universiteti “Google” və digər 3 alman universiteti ilə birgə elmi-tədqiqat institutu təsis edib. “Google” şirkəti elmi-tədqiqat institutuna, onun ilk üçillik fəaliyyətinə 6,41 milyon dollar ayırmağa qərar verib. Berlinin ən köhnə universitetinin planına görə, yeni elmi -tədqiqat institutu internetin inkişaf tarixini, onun cəmiyyətə, elmə, siyasətə və iqtisadiyyata təsirini öyrənəcək.
Elmi-tədqiqat institutu Hüquq fakültəsinin binasında yerləşdiriləcək. Rəsmi açılışı oktyabr ayının sonuna planlaşdırılıb. Eyni vaxtda, Berlində yeni institutun açılışına həsr edilmiş beynəlxalq simpozium da keçiriləcək. İnstitutda innovasiyalara, internet sahəsində siyasət və kütləvi informasiya vasitələri, hüquq fəlsəfəsi və konstitusiya hüququna xüsusi diqqət ayırmaq planlaşdırılır.
Humboldt adına Berlin Universiteti Berlinin 4 ən qocaman universitetlərindən biridir. O, 1809-cu ildə yaradılıb. 19-cu əsrdə universitet ən böyük Avropa elmi mərkəzlərindən biri idi. 2008-ci ildə universitetdə 34 min tələbə təhsil alıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL