waplog

Dövlət qulluğu stajı kalkulyatoru üzrə elektron xidmət ictimai müzakirəyə çıxarılıb


Dövlət qulluğu stajı kalkulyatoru üzrə elektron xidmət qismən avtomatlaşdırılıb və xidmətin inzibati reqlamenti ictimai müzakirəyə təqdim edilib. Bu xidmət Dövlət qulluğu stajı olan dövlət qulluqçuları üçün dövlət qulluğu stajının hesablanmasını əhatə edir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Məlumatda qeyd olunur ki, “http://eXidmet.csc.gov.az/Reqlament6.asp” internet ünvanında təqdim olunacaq interaktiv növlü xidmət ödənişsizdir. Xidmətdən istifadə üçün dövlət qulluqçusu şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil edərək və ya elektron imza vasitəsilə daxil olaraq, əmək kitabçasının skan surətini serverə yükləməlidir.

Bu proses həyata keçirildikdən sonra komissiyanın hüquq sektorunun əməkdaşı 1 ay, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətlərlə bağlı ən geci 15 gün ərzində müvafiq arayışı təqdim edir. Maksimum müddət   2 ay təşkil edir.
Əgər hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-real məlumat daxil edilibsə, vətəndaşa imtinanın səbəbi barədə məlumat verilir.

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru və Hüquq sektoru həyata keçirir.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL