waplog

“Sarı gəlin” filmi onlayn yayımlanacaq


Bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər. 

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Hakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivlərinin ifasında “Sarı gəlin” mahnısı ifa ediləcək.

Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.
Qeyd edək ki, “Sarı gəlin” filmi eyni zamanda onlayn olaraq yayımlanacaq. Təqdimatı aşağıdakı linkdən canlı olaraq izləmək mümkündür.




http://sari-gelin.video.az



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL