waplog

Futbolsevərlərə “Bakcell”dən müjdə


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan “Bakcell” şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Şirkətdən verilən məlumata görə, “Sür@” ticarət nişanı altında ölkədə ən mükəmməl “3G” mobil internet təcrübəsini təklif edən “Bakcell” şirkəti futbol azarkeşlərini də unutmur.

Artıq istənilən “KLASS” və ya “CİN” abunəçisi START kəlməsini 2012 qısa nömrəsinə göndərməklə Polşa və Ukraynada başlayan Futbol üzrə Avropa Çempionatının oyunları haqqında ətraflı məlumat alacaq.

Servisə qoşulma haqqı 0.50 AZN, hər daxil olan sms haqqı isə, 0.35 AZN-dir. Xidmətdən imtina etmək üçün STOP kəlməsini 2012 qısa nömrəsinə göndərmək kifayətdir.  
 
“Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz “Sür@” xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksəksəviyyəli mobil internet xidmətləri ilə təmin edir.  257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan “Bakcell”, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL