waplog

Yerli İT şirkətinin layihələri yüksək status alıb


“Oracle Gold Partner” statusuna malik olan “SİNAM” şirkəti verilənlərin “Oracle Data Warehousing” (ODW) əsasında saxlanılması sahəsində böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyərək “Oracle Partner Network Spesialized” proqramı çərçivəsində müvafiq ixtisaslaşmanı əldə edib.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən şirkətdən bildirilib ki, sözügedən status şirkətin yüksək ixtisas dərəcəsinin və uğurlu layihələrinin olmasının “Oracle” tərəfindən rəsmi şəkildə təsdiq edildiyini göstərir: “Əldə edilmiş ixtisaslaşmanın bütün kriterlərinə uyğun olmaq üçün “SİNAM” əməkdaşları təlim keçib, eləcə də müştərilərdən “ODW”-nin tətbiqi layihələri ilə əlaqədar müsbət rəylər alınıb”.

Qeyd edək ki, bundan əvvəl “SİNAM” “Oracle Business Intelligence Foundation” və “Oracle Database” ixtisaslaşmalarını əldə etmişdi.



 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL