waplog

“MobiTel” təlimlərə başladı


Bakı və Gəncə şəhərində “Nokia Academy” və “MobiTel” şirkəti mobil telefon satıcıları üçün "Yeni smartfon modelləri" mövzusunda təlimlər keçirib. Bu barədə “MobiTel”dən verilən məlumatda bildirilir . Məlumatda qeyd edilir ki,  təlimlərdə əməliyyat sistemi (ƏS) “Windows Phone” olan  “Nokia Lumia 900” və “Nokia Lumia 610”, eləcə də “Nokia PureView 808” (ƏS “Nokia Belle” - əvvəllər Symbian) modelləri haqqında ətraflı məlumat verildi, bu smartfonlarla işə başlamaq qaydası xüsusi vurğulandı.

Təlimlərdə məqsəd satıcı-məsləhətçilərə “Windows Phone” əməliyyat sistemli yeni “Nokia” smartfonlarının üstünlükləri haqqında məlumata yiyələnməsi, bu modellərin istifadəsi ilə bağlı bilik və bacarıqların artırılması, modellər haqqında alıcılara tam və dolğun məlumat verilməsi imkanlarının genişləndirilməsi idi.

Təlimlərdə yeni “Nokia PureView 808” modeli də təqdim olundu. Bu model “Nokia” həvəskarlarını öz 41 meqapiksellik kamerası və “Carl Zeiss” optikası ilə heyrətə gətirəcək. "Asha" (hind dilində "ümid" deməkdir) ailəsindən olan:  “Asha 200”, “Asha 300”, “Asha 303”, “Asha 202”, “Asha 302” modelləri də müzakirə olundu. Bu telefonlar alıcılar arasında yüksək marağa səbəb olmuşlar. Çünki münasib qiymətə bütün başlıca funksiyalara malik, dəbli və müasir telefon əldə edə bilərlər.

Təlimlərin yekunlarına görə, iştirakçılar “Nokia Academy” sertifikatı ilə təltif olundular.
Təlimlərdə "MobiTel",  "Telefon", "АВС-KONTAKT", "Baku Electronics", "Soliton", "Sharks Mobile", "Nurlan 28", "Əlince-line", "Əlince-Line Mirtelecom", "Pronet", "Sputnik 2004", "MyPhone", "Sahil Telecom", "Türkan Telecom"-Gəncə, "Dan Ulduzları"-Mingəçevir,  "Adnan Telecom"-Şəmkir,  "Tunar"-Tovuz və eləcə də Bərdə və Ağstafa şəhərlərindən satıcı-məsləhətçilər iştirak edirdilər.
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL