waplog

ABŞ-da ən populyar İT ixtisasları üzrə əmək haqqı reytinqi tərtib edilib


“OnwardSearch” işəgötürmə xidməti ABŞ-da ən populyar İT mütəxəssislərinin reytinqini tərtib edib və veb-tərtibatçılar reytinqin ən yuxarı pilləsində qərarlaşıb. Həmçinin orta əmək haqqının səviyyəsi, maksimal və minimal göstəriciləri dərc edilib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, informasiya arxitektoru il ərzində 152 min dollar həcmində maksimal əmək haqqı ala bilər və o, Kaliforniya ştatının San-Xose şəhərində iş tapa bilər.

Veb-tərtibatçı Arizona ştatının Finiks şəhərində il ərzində 54 min dollar, San-Xose şəhərində isə 131 min dollar həcmində maaş ala bilər. Reytinqdə ikinci yerdə veb-dizaynerlər (37-105 min dollar), üçüncü yerdə isə informasiya arxitektoru ixtisasları qərarlaşıb.
 
 
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL