waplog

Müəllimlərin işə qəbul qaydaları açıqlanıb


Ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbul qaydaları ilə bağlı təlimatlar və digər məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, ərizələrin qəbulu iyulun 1-dən başlayacaq və 15-dək davam edəcək. Qurumdan bildirilib ki, işə qəbul olmaq istəyənlər təqdim olunan 8 vakant yer seçə bilərlər:

“İşə qəbul olmaq istəyənlərin öncə elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Sonra namizədlər test imtahanı verəcək və yekunda müsahibədən keçəcəklər”.

Nazirlikdən verilən məlumatda o da bildirilib ki, ərizənin doldurulması zamanı yanlışlığa yol verənlərin nəticələri ləğv olunacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL