waplog

İlin əvvəlindən quraşdırılan POS-terminalların sayı açıqlanıb


Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev məlumat əsasən POS-terminalların sayı ilin əvvəlindən 21 dəfə artıb.

Onun sözlərinə görə, artıq ölkədə 33 min 568 POS-terminal quraşdırılıb. Bunun 32 min 582 ədədi obyektlərdə, 986 ədədi taksilərdədir.

“Hazırda 4,58 mln. plastik kart var. Bunun isə cəmi 0,18 mln. ədədini kredit kartları təşkil edir. Bu isə azdır”.

Qeyd edək ki, plastik kartların 2,56 mln. ədədi sosial ödəniş, 1,33 mln. ədədi maaş kartlarıdır.Akif Musayev həmçinin vergi daxilolmalarının da 2003-cü ildən 6,6 dəfə artdığını qeyd edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL