waplog

“Oracle” korporasiyasının direktoru Larri Ellison Havay adasını satın alıb


“Oracle” korporasiyasının təsisçisi və icraçı direktoru, planetin ən zəngin insanları siyahısında dördüncü yerdə qərarlaşmış Larri Ellison Lanai adasının 98 faizini satın alıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Röyters” xəbər agentliyi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, Lanai Havay arxipelaqında böyüklüyünə görə altıncı adadır. Onun sahəsi 365 kv km təşkil edir. Məlumat üçün bildirək ki, adanın keçmiş sahibi milyarder Devid Merdok idi.

KİV-in (Kütləvi İnformasiya Vasitələri) məlumatına görə, sazişin qiyməti 500-600 milyon dollar təşkil edib.
"Məndə olan məlumatlara görə, Ellison Lanai adası ilə çoxdan  maraqlanırdı.

O, naturalizmlə maraqlanır, okean və balıq tutmağı sevir, - Havay ştatının qubernatoru Neil Aberkrombi (Neil Abercrombie) bildirib. Biz mister Ellisonu yaxın vaxtlarda burada görəcəyimizdən çox şadıq".
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL