waplog

Goranboyda rabitə şəbəkəsi genişləndirilir


“Aztelekom” İB tərəfindən regionlarda vətəndaşların telefon xidmətinə olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
 
Goranboy Telekommunikasiya Qovşağının rəisi Hafiz Muxtarov “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq rayonun Meşəli, Börüvə kəndlərində daxili xətt şəbəkəsinin tikintisi həyata keçirilərək mənzillər telefonlaşdırılıb. Bundan başqa Dəlməmmədli-Muzdurlar və Muzdurlar-Əzizbəyov arası fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb.
 
 Bundan başqa “Aztelekom” İB-nin regionlarda genişzolaqlı internetin inkişaf konsepsiyasına uyğun olaraq bir çox kəndlərdə sakinlərin multimedia xidmətlərinə çıxışının təmin olunması onların sürətli internet xidmətindən yararlanması üçün  kənd ATS-nin genişzolaqlı internetə qoşulması işləri həyata keçirilib.           



 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL