waplog

Ağdamda müasir rabitə xidməti yaradılır


Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və nazirliyin müvafiq qurumlarının rəhbərlərinin Ağdama olan məlum səfərindən sonra hazırlanan tədbirlər planının icrası yüksək səviyyədə icra olunur. Bu barədə İCTnews-ə məlumat verən “Aztelekom”İB-nin baş direktorunun müavini, texniki direktor Zahir Vəliyev bildirdi ki, Quzanlıda yeni “Rabitə evi”nin tikintisi layihəsi hazırdır və Rzalı, Yeni Yaşayış və Çəmənli kəndlərində əhalinin telefona olan tələbatının ödənilməsi məqsədilə 9,5 kilometr məsafədə optik kabel çəkilərək əlavə materiallar göndərilib. “Həyata keçirilən tədbirlər nəticəsində Rzalıda 112, Yeni Yaşayışda 128 və Çəmənlidə 160 abunəçinin mənzilini telefonlaşdırmaq mümkün olacaq” - deyən baş direktor müavini əlavə edərək dedi ki, Quzanlı sakinlərinin genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-də ADSL portlarının sayı 16-dan 64-ə çatdırılıb.
Qeyd edək ki, rayonda telekommunikasiya və internet xidmətləri ilə yanaşı, poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçirilməsi qərara alınıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL