waplog

Nazir Əli Abbasov “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi ilə tanış olmuşdur


Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin  idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) tikintisinin ilk peykin orbitə buraxılmasından əvvəl başa çatması və tam istifadəyə verilməsi nəzərdə tutulur.

Hal-hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır.  Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Orbital Sciences" şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən  Kanadanın "Telesat" şirkətinin nümayəndələri ilə birlikdə "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) inşaat ərazisində olmuş, sözügedən Mərkəzin tikinti prosesi ilə yaxından tanış olmuşdur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL