waplog

“Bakcell” ” fəal məzunlar üçün buraxılış gecəsi keçirəcək


Azərbaycanın İlk Mobil Operatoru “Bakcell”  şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CINeration informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub.

Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim edir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, buraxılış gecəsinə ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunları öz məktəbləri tərəfindən dəvət olunacaqlar. Seçilmiş məzunlar “Bakcell”  şirkəti və Təhsil İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olunacaqlar.

Məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında gənclər tərəfindən sevilən xarici müğənnilər Cəza (Türkiyə), Nyuşa (Rusiya), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran, DJ Shock və meyxana ustaları Pərviz Bülbülə, Rəşad Dağlı və Vüqar Biləcəri öz ifaları ilə gənclərimizin zövqlərini oxşayacaqlar.  

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL