waplog

Kapital Bank “Mobile Banking” xidmətini işə salıb


Kapital Bank “Mobile Banking” xidmətinin tətbiqinə başlayıb. İndi hər kəs mobil telefon vasitəsilə bankın xidmətlərindən istifadə edə bilər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  Kapital Bankın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bankın “Mobile Banking” xidmətindən istifadə etməklə dünyanın istənilən yerindən günün 24 saatı, həftənin 7 günü ərzində müxtəlif əməliyyatlar aparmaq mümkündür.

Bu əməliyyatlara hesabın yoxlanması,  istənilən müddət üçün hesabdan çıxarışların əldə edilməsi, kommunal xidmətlər üzrə borcların ödənilməsi, mobil və beynəlxalq rabitə haqlarının ödənilməsi,  kartdan karta pul köçürmələri və s. daxildir.

“Mobile Banking” xidmətinə Kapital Bankın bankomatları vasitəsilə və ya bankın filiallarına müraciət etməklə qoşulmaq olar.

Qeyd edək ki, “Mobile Banking”, bank xidmətləri sahəsində tətbiq edilən ən müasir texnologiyalardan biridir. Bu xidmətdən faydalanan müştərinin əməliyyat aparmaq üçün bank filialına, bankomata yaxınlaşmasına ehtiyac qalmır.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL