waplog

Dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib


Respublika prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı 2012-ci il tarixli sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan İşçi Qrupunun Humanitar və İctimai Elmlər Bölməsinin üzvləri, ETM rəhbərləri və AMEA-nın mətbuat xidmətinin iştirakı ilə növbəti iclası keçirilib.

İşçi qrupuna AMEA Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, AMEA-nın Naxçıvan Bölməsi və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, əlaqədar qurumların – Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Yazıçılar Birliyi, Mətbuat Şurası, AMEA RH-ın nümayəndələri daxildir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.

Akademiyadan qeyd edilib ki, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilən iclasın gündəliyində sözügedən sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi Qrupun üzvləri tərəfindən verilən təkliflərin müzakirəsi yer alıb. İclasda İşçi Qrupun üzvləri bölməyə daxil olan təklifləri müzakirə ediblər. Daha sonra Dövlət Proqramının hazırlanması üzrə gələcək iş istiqamətləri müəyyənləşdirilib.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL