waplog

Nanotexnologiyalar dəri problemlərinin həllinə yardım edir


Professor Çad Mirkin rəhbərliyi ilə bir qrup Amerika alimi  müasir nanotexnologiyaların köməyi ilə dərinin müxtəlif problemləri ilə effektiv mübarizə aparan yeni vasitə hazırlayıb.

“ICTnews” elektron xəbər xidmətinin “Pnas.org”  saytına istinadən verdiyi məlumata görə, bu maddə ilə dəri xərçəngini sağaltmaq mümkündür. Vasitənin  tərkibinə qızıl nanozərrəciklərindən mikrosferalar və RNT  molekulları daxildir. 

Sınaqların gedişatında məlum olub ki, yeni maddə yalnız dəri xərçəngi ilə mübarizədə effektiv vasitə deyil, o, həmçinin dərini  cavanlaşdıran xüsusi effektə malikdir. Hazırda yeni maddə üzərində sınaqlar keçirilir. Onun əsasında bir sıra  dərman və kosmetik preparatların hazırlanacağı proqnozlaşdırılır.






CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL